Ulduz

 Ramin Cəhangirzadə

 

Səpilmişəm toxum tək

Mən gecə tarlasında

Bitmişəm çiçək kimi

Qaranlıq havasında

 

Saçım işıq tak parlaq

Parlanmişam gümüş tək

Uçuram göylərdə mən

Qanadlanıb ağ quş tək

 

Hər kim mənə oxşasa

Işıqlanar göylərdə

Mənim kimi yaşasa

Nəğmə olar dillərdə

 

Hər kim mənə xoş baxsa

Qaranlıqda saçilar

Işıqli bir gül kimi

Çiçək açar açılar

 

Har kim mənə xor baxsa

Qaranlıqda boğular

Ürəyində bayquşlar

Yuva salar doğular

 

əbədi bir çırağam

mən ulduzam sönməzəm

həqiqətin uğrunda

öz yolumdan dönməzəm