Azər qızı
Azər qızı

A türk qızı səninləyəm sənsən elin şərəf şanı
tarix alqış demiş sənə özlugunu yaxşı tanı
xatırlasan namus üçün gəlin saray verdi canı
həcər anam götdü tüfəng peşman etdi xor baxanı
zeynəb xatın bir kişi tək yardım etdi səttar xanı
bilgi xatın türk anası doğdu oğuz tək oğlanı
bakirilər namus üçün qurbqn etdi canı qanı
sizlər buna dəyər verin düşündürün dörd bir yanı
çıplaqlıqdan költur olmaz a çıplaqlar köküz hanı
sonrasıda soylu igid sevə bilməz soy satanı
türk igidi yanlız sevər şərəf bilən ar qananı
artıx dönün özlüyüzə sevindirin el obanı
+ نوشته شده در جمعه سوم اسفند ۱۳۸۶ ساعت 22:2 توسط سئوینج
|