آنا دیلیم

سو دئییب دیر منه اولده آنام آب کی یوخ

یوخو اؤیرتدی اوشاقلیقدا منه،خواب کی یوخ

ایلک دفه کی او چؤرک وئردی منه نان دئمه دی

ازلیندن منه دوزدانه،نمکدان دئمه دی

آنام اختر دئمه ییب دیر منه،اولدوز دئییب او

قار دئییب،برف دئمه ییب،دست دئمه ییب،ال دئییب او

منه هئچ واقت بیا سؤیله مه ییب،گل دئییب او

sevinc

Şer/ شعر

 Ulduz

 Ramin Cəhangirzadə

 

Səpilmişəm toxum tək

Mən gecə tarlasında

Bitmişəm çiçək kimi

Qaranlıq havasında

 

Saçım işıq tak parlaq

Parlanmişam gümüş tək

Uçuram göylərdə mən

Qanadlanıb ağ quş tək

 

Hər kim mənə oxşasa

Işıqlanar göylərdə

Mənim kimi yaşasa

Nəğmə olar dillərdə

 

Hər kim mənə xoş baxsa

Qaranlıqda saçilar

Işıqli bir gül kimi

Çiçək açar açılar

 

Har kim mənə xor baxsa

Qaranlıqda boğular

Ürəyində bayquşlar

Yuva salar doğular

 

əbədi bir çırağam

mən ulduzam sönməzəm

həqiqətin uğrunda

öz yolumdan dönməzəm

 

 

Qoy heç vaxt qırılmayaq

Qoy heç vaxt qırılmayaq

:: Ramin Cəhangirzadə

 

Mən balaca uşağam

Muğanda yaşayiram

Dünya uşaqlarını

Özümə dost sayıram

 

Keşkə bir yer olaydi

Yığışaydıq bir yerə

Oynayıb gülə - gülə

Danışaydıq bir dilə

 

Ancaq hayıf bizləri

Ayrı saldı böyüklər

Hey dava qırğın salıb

Torpaqda qan tökdülər

 

Sevib sevilmək üçün

Gəl heç vaxt ayrılmayaq

Birləşək zəncir təkin

Qoy heç vaxt qırılmayaq